51 min illik qayaüstü rəsm tapıldı

 22:01 04.07.2024     197

Avstraliyanın Qriffit Universitetinin arxeoloqları Sulavesi adasındakı İndoneziya mağarasında ən qədim sənət əsərini aşkar ediblər.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, “Nature” jurnalında dərc olunan məqaləyə görə, qayaüstü rəsmlərin yaşı 51 min ildən çoxdur.

Zəif vəziyyətdə olan qayaüstü rəsmdə iri qırmızı donuzun ətrafında üç nəfər təsvir olunub. Bu günə qədər tədqiqatçılar qaya nümunələrinin xəritəsini yaratmaq üçün lazerlərdən və kompüter proqramlarından istifadə edən texnologiyadan istifadə ediblər.

Əvvəlki tapıntılar üzərində yeni üsulu sınaqdan keçirən tədqiqatçılar İndoneziyadakı başqa bir mağarada tapılan qayaüstü təsvirin yaşının ən azı 48 min il olduğunu təsdiqləyiblər.

Yusif EYVAZLI