"İran Ukraynanı təhdid edir"

 22:06 04.07.2024     178

"İran İsrail, Ukrayna və bütün dünya üçün təhlükə hesab edilməlidir". 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu fikri İsrailin xarici işlər naziri İsrael Kats ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığında bildirib.

Katz İrana qarşı beynəlxalq tədbirlərin əhəmiyyətini və İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasının vacibliyini vurğulayıb.

 "Dünya çox gec olmadan İranı indi dayandırmalıdır", - deyə o bildirib.

Yusif EYVAZLI