"Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək"

 22:17 04.07.2024     174

"Ukrayna Rusiya ilə münaqişədə qələbə qazana bilməyəcək. Tərəflər bunu diplomatik yollarla həll etməli olacaqlar".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu fikri Amerikanın keçmiş dövlət katibi, ABŞ prezidentinin iqlim məsələləri üzrə keçmiş nümayəndəsi Con Kerri Britaniyanın “The Times”qəzetinə müsahibəsində bildirib.

"İnanıram ki, Ukrayna bu vəziyyəti hansısa yolla həll edəcək. Deyə bilmərəm ki, bu, onun qələbəsi ilə bitəcək. Mən düşünmürəm ki, tam qələbə heç kimə təmin olunmur. Fikrimcə, hər bir tərəfin həll edəcəyi diplomatik nizamlanma olmalıdır".

Kerri eyni zamanda ABŞ-nin keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkilərdən sonra Ağ Evə qayıtması halında Ukraynaya yardımı dayandıracağı təqdirdə ABŞ-nin dünyadakı nüfuzuna xələl gətirə biləcəyi fikrini də ifadə edib.

Yusif EYVAZLI