“Ərdoğan vasitəçi ola bilməz”  - Peskov

 09:32 05.07.2024     297

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda vasitəçilik edə bilməz, çünki Ukrayna Rusiya ilə danışıqları rədd edir”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ukraynanın Vladimir Putinin “sülh planını” qətiyyətlə rədd etdiyini vurğulayıb.

“Buna görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola bilər”, - Peskov bildirib.

Qeyd edək ki, iyulun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Ankaranın Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya biləcəyini deyib.