Ukrayna Rusiyaya 50 PUA ilə hücum ETDİ
Keçən gecə Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya ərazisinə 50 pilotsuz uçan aparatı buraxıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Telegram" kanalında məlumat yayılıb.
Məlumata görə, Ukrayna Zaporojye vilayətinə 26, Rostov vilayətinə 10, Kuban isə 14 PUA ilə hücum etməyə cəhd edib. Hədəflər hava hücumundan müdafiə sistemləri ilə vurulub.
Bundan başqa Kursk vilayəti də hücuma məruz qalıb. Rayona atılan raketlər musiqi məktəbinin binasına və mağazalara ziyan vurub.
Türkan İSGƏNDƏRLİ