Kremldən niqabla bağlı QƏRAR

 10:39 05.07.2024     189

Kremldə niqabın qadağan edilməsi ilə bağlı müzakirələr aparılmır.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Fətva şöbəsi dörd məzhəb daxilində şəriət mətnlərini təhlil edərək, niqabın universal qadağası ilə bağlı qərar qəbul etmək üçün kifayət qədər əsas tapmayıb.

Aydınlaşdırılıb ki, müəyyən hallarda təhlükəsizlik baxımından niqab taxmağa yerli müvəqqəti qadağa tətbiq oluna bilər.

Xatırladaq ki, iyulun 4-də Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi də respublikada niqab taxmağa qadağa tətbiq etmək qərarına gəlib .

Bundan əvvəl Dağıstanın rəhbəri Sergey Melikov niqab taxmağın əleyhinə çıxış edib və qeyd edib ki, bu geyim Qafqaz xalqlarına xas deyil. O,həmçinin bunun təhlükəsizliyi qorumaq üçün bir yol olduğunu bildirib. 

"Bu cür geyim kişilərin bu şərflərin arxasında gizlənməsini, qadınların isə bu geniş paltarların arxasında qadağan olunmuş əşyaları daşımasını mümkün edir."

Türkan İSGƏNDƏRLİ