İsrail Qəzzada məktəbə hücum etdi - Ölənlər var

 12:15 05.07.2024     178

İsrail qüvvələri Qəzza şəhərində məktəbə hücum edib, nəticədə 5 nəfər ölüb, xeyli insan yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, zərbə məcburi köçkün fələstinlilərin yerləşdiyi Musa bin Nusair məktəbinə dəyib. Nəticədə binaya ciddi ziyan dəyib.

Qeyd edək ki, İsrailin Qəzza zolağına etdiyi hücumlar nəticəsində qurbanların sayı artaraq 40 minə, yaralıların sayı isə 90 minə çatıb.

Xatırladaq ki, İsrail-Fələstin müharibəsi 2023-cü ilin oktyabrın 7-də başlayıb.

Türkan İSGƏNDƏRLİ