Fransa Yeni Kaledoniyada seçkilər zamanı toplantılar qadağan EDILDI

 16:12 05.07.2024     218

Fransa Yeni Kaledoniyada parlament seçkilərinin ikinci turu zamanı ictimai toplantıların keçirilməsini qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə ərazi Ali Komissarlığının sosial şəbəkələrdə yaydığı məlumatda bildirilib.

Məlumta görə, iyulun 6-sı saat 06.00-dan 8 iyul saat 20.00-dək ictimai yığıncaqların keçirilməsi qadağandır.

Bundan başqa, regionda komendant saatı, silah gəzdirmək və spirtli içkilərin satışına qoyulan qadağa iyulun 15-dək uzadılacaq.

Tədbirlər may və iyun aylarında regionda baş verən etiraz aksiyaları fonunda həyata keçirilib.