Britanyanın yeni nazirləri

 19:52 05.07.2024     166

Böyük Britaniyanın yeni baş naziri, Leyboristlər Partiyasının lideri Key Starmer hökuməti formalaşdırmağa başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Con Hili müdafiə naziri, David Lammi xarici işlər naziri, Reyçl Riivs isə maliyyə naziri təyin edilib. 

Hər üç siyasətçi 2020-ci ilin aprelindən bəri Keir Starmerin kölgə hökumətində oxşar vəzifələr tutublar.

Angela Rayner baş nazirin müavini təyin edilib. O, 2020-ci ilin aprel ayından partiya sədri və sədr müavini vəzifələrinə təyin edilib.

70 yaşlı Dayan Abbott İcmalar Palatasının spikeri olub.