"Gürcüstan hökuməti ABŞ ilə tərəfdaşlığı təhlükə altına atdı" - Zurabaşvili

 20:07 05.07.2024     225

"Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığını təhlükə altına qoyur".

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin gürcü-amerikan hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına münasibət bildirən Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Gürcüstan hökuməti Rusiyanın sifarişi ilə xarici agentlər haqqında qanunu qəbul etməklə və amerika tərəfdaşlarına qarşı ittihamlar nəticəsində Avropa yolunu təhlükəyə atdılar. İndi müdafiə qüvvələrimizin gücləndirilməsi və NATO standartlarına yaxınlaşmanın əsaslandığı strateji tərəfdaşlığımız üçün təhlükə altındadırlar”,- Zurabişvili "Facebook"da yazıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi təlimlərin təxirə salınması qərarını Gürcüstan hakimiyyətinin ABŞ və Qərbin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya təzyiqi artırmaq üçün “ikinci cəbhə” açmaq cəhdlərini elan etməsi ilə əsaslandırıb. Amerika tərəfi bu cür bəyanatların yalan olduğunu iddia edir. Bununla əlaqədar ABŞ hakimiyyəti qərara gəlib ki, indi Gürcüstanda tammiqyaslı hərbi təlimlər keçirmək üçün münasib vaxt deyil.

Sultan AYXAN