ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə saldı

 20:24 05.07.2024     184

ABŞ Gürcüstanla birgə keçirilməli olan “Noble Partner” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb. 

Redaktor.az-ın xəbərinə görə, bu barədə məlumat Pentaqonun saytında yerləşdirilib. 

Bu qərar rəsmi Tiflisin ABŞ-ni Rusiya ilə münasibətləri pozmaqda ittiham etməsi ilə əsaslandırılıb. Eyni zamanda bildirilib ki, təlimlərin təxirə düşməsi ikitərəfli münasibətlərə təsir etməyəcək.

Qeyd edək ki, "Noble Partner" hərbi manevrləri iyulun 25-dən avqustun 6-dək təşkil olunmalı idi.