Suriya prezidentinin müşaviri xəstəxanada dünyasını dəyişdi

 21:04 05.07.2024     183

Suriya prezidentinin müşaviri Luna əl-Şible iyulun 2-də Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanada dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə "SANA" dövlət agentliyi ərəb respublikası rəhbərinin ofisinə istinadən məlumat yayıb. 

İyulun 2-də əl-Şiblin idarə etdiyi avtomobil yoldan çıxaraq yolun kənarına çıxıb və qəzaya düşüb. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri isə ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilmişdi.

Yusif EYVAZLI