Finlandiyada bir neçə internet saytı kiberhücumlara məruz qaldı

 22:10 05.07.2024     161

Bəzi Finlandiya qurumlarının, xüsusilə Maliyyə Nazirliyinin, Finlandiya Bankının, Vergi Administrasiyasının, Helsinki şəhərinin və Mərkəzi Ticarət Palatasının internet saytları kiberhücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin kibertəhlükəsizlik mərkəzinə istinadən "STT" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hücumun arxasında "Noname" haker qrupu dayanır.

Finlandiya təşkilatlarının saytlarına edilən hücumlarla bağlı məlumatlar hakerlərin rusdilli "Telegram" kanalında da var.

Yusif EYVAZLI