Moldova Ukraynaya kömək etməyə RAZILAŞDI

 23:28 05.07.2024     302

Moldova hakimiyyəti Ukraynanı elektrik enerjisi ilə təmin etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Nazirlik bildirib ki, müvafiq razılıq Ukrayna, Moldova və Rumıniya xarici işlər nazirlərinin Kişinyovda keçirilən görüşü çərçivəsində əldə olunub.

“Moldova Respublikası “qazın elektrik enerjisinə mübadiləsi” çərçivəsində Ukraynanı elektrik enerjisi ilə təmin etməyə hazır olduğunu bildirib. Moldova tərəfi bu məqsədlər üçün Ukraynanın verdiyi təbii qazdan istifadə edən enerji bloklarını öz ərazisində yerləşdirəcək. Bu baxımdan, tərəflər qaz infrastrukturunun kommersiya baxımından etibarlı olması üçün həll yolları axtaracaqlar”, - deyə məlumatda bildirilir.

Tərəflər enerji məsələlərindən əlavə, regionda təhlükəsizlik və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Üçtərəfli sazişdə xüsusi olaraq vurğulanır ki, Rumıniya və Moldova Ukrayna Prezidenti Volodimir Zelenskinin “sülh formulunu” dəstəkləyir və Kiyevin mövqeyini nəzərə alaraq münaqişənin həlli istiqamətində səyləri alqışlayır.

Turan İSMAYIL