Kanslerdən Almaniya millisinin uduzmasına REAKSİYA

 23:37 05.07.2024     309

Almaniya kansleri Olaf Şolz Almaniya komandasına futbol üzrə Avropa Çempionatında çıxış etdiyinə görə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb.

"Mübarizə ruhu, mənəviyyat, ehtiras: öz çıxışlarınız və komanda ruhunuzla bütün ölkə üzrə keçirilən Avropa çempionatına ruh yüksəkliyi gətirdiniz. Sizinlə fəxr edirik, əziz Almaniya komandası! Yarımfinala yüksəldiyi üçün İspaniya komandasını təbrik edirik!" - kansler qeyd edib.

Xatırladaq ki, iyulun 5-də futbol üzrə Avropa Çempionatının 1/4 final matçında İspaniya yığması Almaniya yığmasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək turnirin yarımfinalına yüksəlib. Görüş Ştutqartda baş tutub. Yarımfinalda İspaniya millisi Fransa və Portuqaliya komandaları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq.

Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Turan İSMAYIL