Qroznıya giriş-çıxış bağlanacaq? - Kadırovdan AÇIQLAMA

 23:46 05.07.2024     187

Qafqaz İnvestisiya Forumu (QİF) zamanı Qroznıya giriş qadağası və ya nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında yazıb.

“Sizi əmin edirəm ki, forum zamanı hər şey normal olacaq İdarə, Dövlət Yol Müfəttişliyinin əməkdaşları və digər aidiyyatı xidmətlər mümkün tıxacların və məhdudiyyətlərin minimuma endirilməsi üçün lazımi tədbirlər görəcəklər”, - o qeyd edib.

Kadılrov əlavə edib ki, tədbir böyük və əhəmiyyətlidir və buna görə də bütün səylər həm qonaqların, həm də paytaxt sakinlərinin rahat səyahətini təmin etməyə yönəldiləcək.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə iyulun 10-dan forumla əlaqədar Qroznıdan giriş-çıxışın bağlanacağı barədə məlumatlar yayılıb.

Turan İSMAYIL