Livandan açılan atəş nəticəsində iki İsrail əsgəri yaralandı

 23:56 05.07.2024     223

Livandan ölkənin şimal bölgələrini atəşə tutması nəticəsində İsrail Müdafiə Qüvvələrinin iki əsgəri yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, insident Livan sərhədi yaxınlığında yerləşən Kiryat Şmona şəhəri istiqamətində atışma zamanı baş verib.

Ordunun məlumatına görə, zərərçəkənlər yüngül bədən xəsarətləri alıblar və tibbi yardım üçün təxliyə olunublar.

Turan İSMAYIL