İranda seçki məntəqələri bağlandı

 02:01 06.07.2024     284

Növbədənkənar prezident seçkilərinin ikinci turu çərçivəsində İran sakinlərinin səs verdiyi seçki məntəqələri bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi ölkənin seçkilərin keçirilməsinə nəzarət edən Müşahidə Şurasına istinadən məlumat yayıb.

“Prezident seçkiləri üçün səsvermə müddəti başa çatıb”, - deyə məlumatda qeyd olunur.

Məntəqələrdə qalan seçicilər yenə də səs verə biləcəklər.

Turan İSMAYIL