Uşaqlı ailələrə kondisioner almaq üçün yardım EDİLƏCƏK
Rusiyada uşaqlı ailələrə mənzillərinə kondisioner alarkən vergi güzəştləri hüququnun verilməsi təklif edilib.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Dövlət Dumasının sədr müavini Vladislav Davankov deyib.
Deputat isti havalarda uşaqlarda isti vurma və susuzlaşdırma riskinin artdığına diqqət çəkib. Ancaq uşaqları olan rusların əksəriyyətinin evlərini split sistemlərlə təchiz etmək üçün maliyyə imkanları yoxdur. Buna görə də dövlət kondisionerin quraşdırılması xərclərinin bir hissəsini ödəyə bilər.