Orbanın Rusiyaya səfəri nazirlərin görüşünü TƏXİRƏ SALDI

 10:15 06.07.2024     169

Almaniya kansleri Olaf Şolzun Macarıstan Nazirlər Kabinetinin sədri Viktor Orbanın Rusiyaya səfərinin qəbuledilməz olduğu barədə bəyanatından sonra Budapeşt Almaniya və Macarıstan xarici işlər nazirlərinin planlaşdırılan görüşünü ləğv edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

“Macarıstan Almaniyanın xarici işlər nazirinə bildirdi ki, kansler Olaf Şolz Macarıstanın baş naziri Viktor Orbanı Moskvaya gözlənilməz səfərinə görə tənqid etdikdən sonra onun iştirakı xoş qarşılanmır”.

Məlumata görə, Almaniya xarici işlər naziri Annalena Barbock bazar ertəsi Budapeştdə macar həmkarı ilə görüşməli idi, lakin Macarıstan hökuməti cümə günü axşam son anda görüşü ləğv edib.

Sənəddə deyilir ki, bu, "Almaniya hökuməti üçün sürpriz oldu".