Rusiyada fövqəladə vəziyyət elan edildi

 11:16 06.07.2024     225

Rusiyanın Buryatiya bölgəsində meşə yanğınları ilə əlaqədar regional fövqəladə vəziyyət  elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Respublika hökuməti bməlumat yayıb.

Bölgə rəsmiləri yanğın mövsümünün başlanmasından indiyədək ümumilikdə 113 min hektardan çox ərazini əhatə edən 271 yanğının qeydə alındığını bildiriblər.

Son 24 saat ərzində Barquzinski, Kijinski, Severbaykalski və Kurumkanski rayonlarında 29 hektar sahədə 12 meşə yanğını aşkar edilib. Buryatiya hökuməti sədrinin müavini İvan Alxeyev bildirib ki, respublika ərazisində 23 793 hektar ərazini əhatə edən 34 meşə yanğını baş verib.

Yanğınların söndürülməsində 464 mütəxəssis və 65 texnika iştirak edib.