Amerikada işsizlərin sayı kəskin artdı

 12:06 06.07.2024     230

İyun ayında ABŞ-da işsizlik səviyyəsi 4,1 faizə çatıb. Bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Əmək Departamentinin Federal Statistika Bürosunun məlumatları sübut edir.

Nəticə gözləniləndən də pis olub. Analitiklər may ayında olduğu kimi işsizliyin 4% səviyyəsində qalacağını gözləyirdilər.

İyunun sonuna olan məlumata görə, ABŞ-da 6,8 milyon insan işsiz olub. Ölkədə işsizlərin sayı ayda 206 min artıb.

Qeyd edək ki, Kanada da işsizlərin sayı 6,4%-ə yüksələrək 2022-ci ilin yanvarından bəri ən pis nəticəni göstərib. Şimali Amerika ölkəsində işsizliklə bağlı vəziyyət ötən ilin aprelindən tədricən pisləşir.