İki gənc qız suda boğuldu

 13:44 06.07.2024     295

Nyu-Yorkun Bruklin rayonunda iki gənc qız Coney Island yarımadasının sahillərində çimərkən boğulub.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

17 və 18 yaşlı yeniyetmə qızlar iyulun 5-də axşam saatlarında Stillvell prospekti yaxınlığında suya girərək itkin düşüblər. Məlumata görə, Bruklində bu zaman fırtına başlayıb. Hadisə yerinə gələn xilasetmə qrupları 2 nəfəri sudan çıxarıb. Vəziyyəti ağır olan qızlar xəstəxanaya çatdırılsalar da, onları xilas etmək mümkün olmayıb.

Şahidlər həmçinin bir nəfərin yeniyetmələrə kömək etməyə çalışdığını bildiriblər. O, qurbanları sudan çıxarmaq üçün suya girib. Lakin hüquq-mühafizə orqanları bu məlumatın doğru olmadığını müəyyən ediblər.

Sevinc İbrahimzadə