Belarus və Çin orduları birgə təlim keçirəcək
Belarus və Çin orduları birgə terrorla mübarizə təlimi keçirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Belarus Respublikasının Müdafiə Nazirliy məlumat yayıb.
Bildirilib ki, təlim iyulun 8-dən iyulun 19-dək davam edəcək.
Çin Xalq Azadlıq Ordusunun əsgərləri artıq Belarusa çatıb.
"Birgə təlim onlara təcrübə mübadiləsi aparmağa, Belarus və Çin bölmələrini koordinasiya etməyə və qoşunların birgə hazırlığı sahəsində Belarus-Çin əlaqələrinin gələcək inkişafı üçün zəmin yaratmağa imkan verəcək",- məlumatda qeyd edilib.
Sevinc İBRAHİMZADƏ