İsrail “Hizbullah”ın hədəflərinə zərbələr endirdi

 16:48 06.07.2024     317

İsrail ordusunun hərbi hava qüvvələri Livanın cənubunda “Hizbullah”ın bir neçə hədəfinə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gecə saatlarında Livanın cənubundakı bir sıra “Hizbullah” hədəflərinə, Kfarkeldəki hərbi struktura, Bint-Cebyl və Yarin rayonlarında infrastruktura zərbələr endirilib.