“Ukrayna 3310 nəfəri əsirlikdən qaytarıb” - Zelenski
“Ukrayna əllidən çox əsir mübadiləsi aparmağa nail olub”.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski teleqram kanalında yazıb.
“Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada - öz evində, qohumlarının yanındadır”, - paylaşımda qeyd edib.
Zelenski bildirib ki, bu istiqamətdə işlər davam etdirilir:
“Biz hər bir vətəndaşımızı - bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”.