Fidel Kastronun ilk həyat yoldaşı vəfat etdi

 11:15 07.07.2024     267

Kubanın sabiq lideri Fidel Kastronun ilk həyat yoldaşı Mirta Dias-Ballart 95 yaşında vəfat edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə onun nəvəsi Fidel Antonio Kastro Smirnov X hesabında paylaşım edib.

Qeyd edək ki, Dias-Ballart 1948-ci ildə Fidel Kastro ilə ailə qurub, 1 il sonra oğulları Fidel dünyaya gəlib. 1955-ci ildə Kubada növbəti uğursuz inqilab cəhdindən sonra cütlüyün yolları ayrılıb. Daha sonra Dias-Ballart İspaniyaya köçüb və ömrünün sonuna qədər bu ölkədə yaşayıb.