Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

 11:42 07.07.2024     250

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk xarici səfərini həyata keçirib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, diplomat Almaniyada xarici səfərdədir.

“Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam”, - Lemmi deyib.

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.