Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə verildi

 14:24 07.07.2024     218

Almaniyada Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib.

Redaktor.az-ın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, Saksoniyada yerləşən “Witznitz” enerji parkında 1 milyon 100 min günəş (fotoelektrik) paneli quraşdırılıb.

Leyptsiq yaxınlığında yerləşən günəş elektrik stansiyasının sahəsi 500 hektar, gücü 650 meqavattdır.