Türkiyə Ordusu İraq və Suriyada 5 terrorçu zərərsizləşdirdi

 15:17 07.07.2024     233

Türkiyə Ordusu İraqın şimalında Kandil bölgəsində aşkarlanan 2 PKK terrorçusunu zərərsizləşdirib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda Suriyanın şimalında "Fərat qalxanı" və "Zeytun budağı" bölgələrində 3 PPKK/YPG terrorçusu məhv edilib.