İranda Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi qəzaya uğradı

 17:46 07.07.2024     201

İranın cənubundakı Bəndər Abbas limanı yaxınlığında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, “Səhənd” esminesinin bir hissəsi suya batıb.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qəzanın texniki nasazlıq və ya təmirdən sonra gəminin çənlərinə suyun daxil olması səbəbindən baş verə bilməsi ilə bağlı ehtimallar var.