HƏMAS Qəzzanın nazir müavininin öldüyünü təsdiqlədi
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin ölümünü təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc olunub.
“HƏMAS [Qəzzadakı] Fələstin hökumətinin əmək nazirinin müavini İhab əl-Hüseynin ölüm xəbərini təəssüflə təsdiqləyir”, – bəyanatda deyilir. HƏMAS Əl-Hüseynin İsrailin Qəzza şəhərini atəşə tutması zamanı öldürüldüyünü təsdiqləyib və əlavə edib ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda ölüb.
O, 2020-ci ildən sözügedən vəzifəni tuturdu.