Rusiyada güclü zəlzələ oldu

 21:41 07.07.2024     246

Rusiyanın Kamçatka yarımadasında 6.1 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub”, - məlumatda bildirilir.

Qeyd olunub ki, zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib.