Fransanın Baş naziri istefa verəcək

 09:09 08.07.2024     188

Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun çıxışını BFMTV yayımlayacaq.

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrindən sonra deyib.

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.