Bu ölkədə 40 min məhbus azadlığa buraxılacaq
İngiltərədə 40 min məhbusun sərbəst buraxılması planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bunu İngiltərənin yeni Baş naziri Keir Starmer deyib.
Məlumata görə, amnistiyanın səbəbi texnikidir və həbsxanalar həddindən artıq sıxdır.
Amnistiyanın gələn həftə elan olunacağı gözlənilir. Plan cinsi zorakılıq və ya terrorizmlə əlaqəli olmayan cinayətlərə görə həbs olunanların azad edilməsidir.
Sevinc İBRAHİMZADƏ