Qonşular arasında silahlı dava - 3 nəfər vuruldu
Türkiyənin Kastamonu bölgəsində qonşular arasında çıxan davada 1-i ağır olmaqla 3 nəfər silahla vurularaq yaralanıb.
Redaktor.az xəbər verir ki, iki qonşu arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə davaya çevriləndə N.Ə yanında olan tüfənglə qonşusu A.B.-yə, arvadı A.B-yə və qayınanası Y.T-yə atəş açıb. Silahlı hücumda ər, arvad və qayınanası yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.
Cinayətkar polislər tərəfindən saxlanılıb.
Sevinc İBRAHİMZADƏ