Napoleoun silahları satışa çıxarıldı

 10:35 08.07.2024     271

Fransada keçirilən hərracda Napoleon Bonapartın tapançaları satılıb. Anonim bir alıcı iki silah üçün 1,69 milyon avro ödəyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi "Osenat" hərrac evindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hərraca I Napoleonun 1814-cü ildə taxtdan imtina etməzdən əvvəl ona məxsus olan iki zəngin bəzədilmiş tapança çıxarılıb.

Hərrac evləri alıcı haqqında məlumatları məxfi saxlasalar da, sövdələşmənin uğurlu alındığını bildiriblər.

Qeyd edək ki, daha əvvəl Fransa Mədəniyyət Nazirliyi Napoleon Bonapartın kolleksiyasından intihar etmək istədiyi iki tapançanı milli sərvət kimi tanıyıb və onların respublika ərazisindən çıxarılmasını qadağan edib. 

Sevinc İBRAHİMZADƏ