Orban Çin səfərindən sonra bu ölkəyə GEDƏCƏK

 15:17 08.07.2024     274

Macarıstanın baş naziri Viktor Orban Pekinə səfərindən sonra Vaşinqtona gedəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Orban İnstaqram səhifəsində paylaşım edib.

Buna səbəb iyulun 9-11-də Vaşinqtonda Alyansın 75 illiyinə həsr olunan NATO sammitinin keçirilməsidir.

Sammitdə Blok liderləri Visbadendəki yeni missiya vasitəsilə Kiyevə daha çox hərbi texnikanın göndərilməsi və Ukrayna üçün NATO körpüsünün tikintisini müzakirə edəcəklər.

Qeyd edək ki, iyulun 5-də Macarıstanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. Daha sonra Orban Çin lideri Si Cinpinlə görüşmək üçün Moskvadan Pekinə uçub.

Türkan İSGƏNDƏRLİ