USAID rəhbəri Ermənistana səfər edəcək
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer iyulun 8-11-də Ermənistana səfər edəcək.
Redaktor.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, o, USAID-in ölkədə aparılan islahatlara dəstəyini təsdiq edəcək.
Səfər zamanı S.Pauer, Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri, gənclər və media nümayəndələri ilə görüşəcək.