Metroda ona yer verməyən qızı DÖYDÜ

 18:25 08.07.2024     314

Çində bir kişi qalmaqal yaradıb və ictimai nəqliyyatda otura bilmədiyi üçün qıza hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Belə ki, 65 yaşlı təqaüdçü əlində əsa ilə Pekində metro vaqonuna minərək bir qızdan ona yer verməsini istəyib.

Bundan imtina edən sərnişin oturacağını başqasına təklif edəcəyini söyləyib.

Daha sonra qoca kişi onun üstünə aqressiv şəkildə qışqırmağa, dəyənəyi sərnişinin ayaqlarının arasına qoyub və onu itələyərək silkələməyə başlayıb.

Sonra isə dəyənəyi ilə qızın əllərinə bir neçə dəfə zərbə endirib.

Təqaüdçü qıza “polisə zəng et, polis bölməsinə gedəcəyik və deyəcəksən ki, ona sataşdım” cavabını deyib.

Sevinc İBRAHİMZADƏ