Terrorçular patrul avtomobilini atəşə tutdu - 4 hərbçi öldü

 19:12 08.07.2024     317

Hindistan ordusunun Cammu və Kəşmirin Birlik ərazisində terrorçularla toqquşması nəticəsində 4 hərbçi ölüb, bir o qədər də yaralanıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, qarşıdurma Kathua rayonunun Maçedi bölgəsində terrorçuların patrul avtomobilini atəşə tutmasından sonra baş verib:

"Əsgərlərlə terrorçular arasında atışma davam edir. Daha ətraflı məlumat gözlənilir", - məlumatda deyilir.

Yusif EYVAZLI