Çin Türkiyədə milyard dollarlıq avtomobil zavodu tikəcək

 19:53 08.07.2024     318

Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı Çinin "BYD" şirkəti Türkiyədə ildə 150 ​​min elektrik avtomobil və hibrid istehsal gücünə malik zavod tikmək barədə razılığa gəlib. 

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Kacır bildirib.

Layihə çərçivəsində Çin şirkəti respublikaya bir milyard dollara yaxın investisiya yatıracaq. Şirkətdə beş minə yaxın işçinin çalışacağı gözlənilir. Şirkət 2026-cı ildə fəaliyyətə başlamaq niyyətindədir.

Nazir xatırladıb ki, Türkiyə avtomobil istehsalında Avropada üçüncü yerdədir, ixrac həcmi 35 milyard dolları ötüb. "BYD" ilə müqavilə ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istehsalına keçidə imkan verəcək.

Yusif EYVAZLI