Müxalifət lideri iyulda Dəməşqə səfər edəcək

 21:12 08.07.2024     220

"Türkiyənin aparıcı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl iyulda Dəməşqə səfər etmək niyyətindədir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə CHP-nin sözçüsü Dəniz Yücel məlumat verib.

“Partiyamızın sədri Özgür Özəl iyul ayında Dəməşqə səfər etməyi planlaşdırır. Biz inanırıq ki, Türkiyə və Suriya qaçqın problemini danışıqlar masasında birlikdə həll edə bilər ki, Türkiyədə artıq qaçqın problemi olmasın”, - deyə o qeyd edib.

O, CHP-nin qaçqınlarla bağlı məsuliyyəti öz üzərinə götürməyə və bu problemin həlli üçün Avropada resursların tapılmasında lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Yusif EYVAZLI