Səhrada 14 nəfərin cəsədi tapıldı

 09:45 09.07.2024     249

Əlcəzairdə Liviya sərhədinə yaxın səhra bölgəsində itən 14 nəfərin cəsədi tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Əlcəzair mərkəzli qeyri-hökumət təşkilatı Axtarış və Xilasetmə Dərnəyi açıqlayıb.

Belkubur bölgəsində tapılan yaşları 10-57 arasında olan 14 nəfərin cəsədi İlizi vilayətinin Burc Ömer İdris bölgəsindəki meyitxanaya aparılıb.

Məlumata görə, cəsədi tapılan 12 nəfər suriyalı olub.

Bildirilir ki, Əlcəzairin mərkəzi və cənub bölgələrindəki səhra bölgələrində son həftələrdə temperatur 50 dərəcəyə çatıb.

Həmçinin Əlcəzairin cənub əyalətləri qeyri-qanuni yollarla Afrikadan Avropaya keçməyə çalışan marşrutlardan biri kimi tanınır.

Sevinc İBRAHİMZADƏ