Bu ölkə Ukraynaya peykdən kəşfiyyat materialları ötürəcək

 09:56 09.07.2024     227

Ukrayna Müdafiə Nazirliyi Kiyevə kosmosdan kəşfiyyat aparmağa kömək etməsi üçün radar peykləri olan Finlandiyanın ICEYE şirkəti ilə Yerin məsafədən zondlanması istiqamətində əməkdaşlıq barədəsaziş imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə sözügeədn nazirliyin "Telegram" kanalında bildirilir.

Ukrayna müdafiə nazirinin müavini Yekaterina Çernoqorenkonun sözlərinə görə, şirkətlə əməkdaşlıq Kiyevin məşğul olduğu “kəşfiyyat fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.

O, həmçinin ICEYE-yə Ukrayna ərazisində kosmik fotoşəkillərin çəkilişini məhdudlaşdırdığı üçün təşəkkür edib.

Sultan AYXAN