Qasırğada 6 nəfər öldü

 10:16 09.07.2024     210

Atlantik okeanında baş verən Beril qasırğası nəticəsində Venesuelada ölənlərin sayı 6-ya çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Venesuela mətbuatının məlumat yayıb.

Beril qasırğasının yaratdığı şiddətli yağışlar nəticəsində 7 min 960 ev zərər görüb, Cumanacoa şəhərində Manzanares çayının daşması nəticəsində evlər və torpaqlar su altında qalıb.

Səlahiyyətlilər qasırğadan ümumilikdə 29 min insanın mənfi təsirləndiyini və lazımi yardımın prezident Nikolas Maduronun göstərişi əsasında çatdırıldığını bildirib.

Sevinc İBRAHİMZADƏ