Ruslar Böyük Britaniyanın müdafiə nazirini raket atəşinə TUTDULAR

 10:52 09.07.2024     383

Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Ukraynaya ilk rəsmi səfəri zamanı raket atəşinə məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Məlumata görə, Hilinin Ukrayna prezidenti Vladimir Zelenski və müdafiə naziri Rustem Umerovla danışıqları zamanı Odessada hava hücumu xəbərdarlığı elan edilib, nəticədə görüş iştirakçıları binalardan birinin zirzəmisinə sığınmağa məcbur olublar.

Qəzet yazıb ki, onlıar yarım saat sonra sonra sığınacaqdan çıxa biliblər.

Xatırladaq ki, Hili Böyük Britaniyada keçirilən parlament seçkilərində Key Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyasının qələbəsindən sonra iyulun 5-də Böyük Britaniyanın müdafiə departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Sultan AYXAN