İstilər metal körpünü sıradan ÇIXARDI

 11:36 09.07.2024     311

Qızmar istilər Nyu Yorkdakı metal körpünü yararsız hala salıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Məlumata görə, körpünun polad elementləri istidən genişlənib, kilidləmə mexanizmi ilişib qalıb. 

Nəticədə körpüdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yanğınsöndürənlər poladı soyutmaq məqsədilə üzərinə çaydan su çiləyiblər.

Qeyd edək ki, 1898-ci ildə sökülə bilən konstruksiya kimi inşa edilən körpü tək zolaqlı nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunur.

Türkan İSGƏNDƏRLİ