ABŞ Gürcüstanda hakimiyyət dəyişikliyi PLANLAŞDIRIR
Vaşinqton oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə görə hakimiyyət dəyişikliyinə nail olmaqda qərarlıdır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan daxil olan məlumatda deyilir.
“Vaşinqton bu il oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasını gözdən salmaq üçün genişmiqyaslı kampaniya hazırlayıb. Əsas rolu ABŞ mediasına müsahibə verən Gürcüstan Prezidenti Salome Zurabişvili oynayacaq. O, hökuməti Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları deqradasiyaya uğratmaqda günahlandıracaq. O, həmçinin "Moskva ilə yaxınlaşmanın fəlakətli nəticələri" barədə xəbərdarlıq edəcək",- mətbuat bürosunun məlumatında bildirilir.
Sultan AYXAN