Bu turistlərə pulsuz şəhər turu və qida VERİLƏCƏK

 12:19 09.07.2024     437

Qaydalara əməl edən turistlər üçün pulsuz şəhər turu və yemək veriləcək. 

Redaktor.az xəbər verir ki, bu təşəbbüsü Danimarkanın paytaxtı Kopenhagen irəli sürüb. 

Belə ki, şəhər ətraf mühit və iqlimlə bağlı təşəbbüslərində iştirak edən ziyarətçilərə pulsuz muzey turları, sənət seminarları, turistlərə muzey turları, kanoe kirayələri və daha çoxunu təklif edib.

Bildirilib ki, bunu həyata keçirməkdə əsas səbəb, ətraf mühitin ən əsası suların çirklənməsinin qarşısını almaq, şəhərdə səs-küyü azaltmaqdır.

Türkan İSGƏNDƏRLİ